Yevlaxda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Reyting.az APA-ya istinadla bildirir ki, “Mercedes Sprinter” markalı mikroavtobus idarəetmədən çıxaraq aşıb.
İlkin məlumata əsasən, qəza nəticəsində 20-yə yaxın şəxs xəsarət alıb. Yaralılar Yevlax və Mingəçevir şəhərlərində yerləşən tibb müəssisələrinə çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.
***
Ağdam rayonunda da ağır yol-nəqliyyat hadisəsi baş verib.
Qəza Ağdam-Xankəndi yolunun Ağdam rayonunun Çuxurməhlə kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
“KIA” və “VAZ-2106” markalı minik avtomobilləri toqquşub.
İlkin məlumata görə, qəza nəticəsində 4 nəfər həyatını itirib, xəsarət alanlar var.
Hadisə yerinə təcili tibbi yardım briqadaları və FHN-nin Qarabağ Regional Mərkəzinin xilasediciləri cəlb olunublar.
Faktla bağlı araşdırma aparılır.