Advert
Advert

Zəhərli fuqu balıqlarına qarşı mübarizə başlayıb

Tarix:
Zəhərli fuqu balıqlarına qarşı mübarizə başlayıb
Reklam

Kipr Respublikasının ərazi sularında invaziv və zəhərli fuqu balığının - gümüşü iynəbalığı adlanan növün - sürətlə yayılması ciddi problemə çevrilib.

Reyting.az xəbər verir ki, bu barədə yunan mətbuatı yazır.

Məlumata əsasən, ötən ilin iyun ayından etibarən dövlət proqramı çərçivəsində balıqçılar tərəfindən bu növdən 103 tondan çox balıq ovlanıb. Bununla belə, mütəxəssislər populyasiyanın hələ də yüksək səviyyədə olduğunu bildirirlər.

Yerli səlahiyyətli qurumlar yeni qərara əsasən, ovlanan fuqu balığına görə balıqçılara hər kiloqram üçün təxminən 5 avro mükafat ödəməyə başlayıb. Rəsmilər bildirirlər ki, proqramın əsas məqsədi ekosistemi və balıqçılıq təsərrüfatını qorumaqdır. Çünki bu zəhərli balıqlar təkcə insan sağlamlığı üçün təhlükəli deyil, həm də yırtıcı davranışları ilə torlara və balıqçılıq avadanlıqlarına ciddi ziyan vururlar.

Kipr sularında digər invaziv növ olan zebra aslanbalığı da sürətlə yayılır. Lakin bu növ qida üçün yararlı hesab edildiyindən, onun ovlanması və restoranlarda istifadəsi qadağan edilməyib.

Oqtay Qorçu
 

Reklam