Advert
Advert

Zəngəzur dəhlizində işlər yekunlaşmaq üzrədir

Tarix:
Zəngəzur dəhlizində işlər yekunlaşmaq üzrədir
Reklam

Zəngəzur dəhlizi üzrə Azərbaycan tərəfində işlər yekunlaşmaq üzrədir.

Reyting.az xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu bildirib.

Nazir qeyd edib ki, Zəngəzur dəhlizi layihəsi üzrə işlər davam edir və Türkiyə öz hissəsində tikintiyə başlayıb.

Onun sözlərinə görə, Türkiyə tərəfində yerləşən 224 kilometrlik Qars-İğdır-Aralıq-Dilucu dəmir yolu xəttinin tenderi keçirilib və işlərə start verilib. Naxçıvandakı təxminən 180 kilometrlik xətt üzrə də bu il işlərin davam etdirilməsi planlaşdırılır.

Uraloğlu qeyd edib ki, layihədə əsas tamamlanmamış hissə Ermənistan ərazisindən keçən 41-43 kilometrlik Zəngəzur keçididir.

“Azərbaycan tərəfində də işlər yekunlaşmaq üzrədir, bəzi hissələr artıq tamamlanıb. Qalan isə 41 və ya 43 kilometrlik Zəngəzur keçididir, yəni Ermənistan ərazisindən keçən hissə. Bildiyiniz kimi, buna bəzən “Tramp dəhlizi” də deyilir. Orada ABŞ və Azərbaycanın razılığı ilə prosesin başlamasını gözləyirik”,- deyə Uraloğlu bildirib.

Nazir əlavə edib ki, layihə başa çatdıqdan sonra ümumilikdə 860 kilometrlik nəqliyyat xətti işlək vəziyyətə gətiriləcək və bu, Türkiyə ilə Türk dünyası və Orta Asiya arasında daha qısa bağlantı yaradacaq.(APA)
 

Reklam