Advert
Advert

Zəngilan və Cəbrayıla növbəti köç karvanları gedib

Tarix:
Zəngilan və Cəbrayıla növbəti köç karvanları gedib
Reklam

İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam edir.

Reyting.az xəbər verir ki, bu mərhələdə Zəngilan şəhərinə və Cəbrayıl rayonunun Şükürbəyli kəndinə növbəti köç karvanları yola salınıb.

Doğma yurda qayıdan ailələr uzun illər respublikanın müxtəlif bölgələrində, əsasən yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış məcburi köçkünlərdir.

Bu mərhələdə Zəngilan şəhərinə 5 ailə olmaqla 26 nəfər, Cəbrayıl rayonunun Şükürbəyli kəndinə isə 107 ailə olmaqla 453 nəfər köçürülüb. 

Doğma torpaqlarına qayıdan sakinlər göstərilən dövlət qayğısına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqların azad olunması uğrunda döyüşən Azərbaycan Ordusuna minnətdarlıqlarını ifadə edib, şəhidlərin xatirəsini ehtiramla yad ediblər.
 

Reklam