Advert
Advert

Zakir Həsənov Slovakiyada "IDEB 2026" sərgisində iştirak edib

Tarix:
Zakir Həsənov Slovakiyada
Reklam

Slovakiya Respublikasında rəsmi səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov IDEB (International Defence Exhibition Bratislava) Beynəlxalq Müdafiə və təhlükəsizlik konfransında və sərgisində iştirak edib.

Müdafiə Nazirliyindən Reyting.az-a verilən xəbərə görə, sərgidə təqdim olunan müdafiə sənayesi məhsulları ilə tanışlıqdan sonra “Robot tərəfindən təkmilləşdirilmiş partlayıcı qurğunun zərərsizləşdirilməsi” və "Patron FPV” PUA-sı vasitəsilə təkərli və tırtıllı texnikaya hücumun nümayişləri izlənilib.

Səfər çərçivəsində general-polkovnik Z.Həsənov Çex Respublikasının Baş nazirinin müavini və müdafiə naziri cənab Yaromir Zuna ilə görüşüb. Görüş zamanı tərəflər iki ölkə arasında qarşılıqlı əməkdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər.

Reklam