Zaqatalada 58 yaşlı kişi qətlə yetirilib.
Reyting.az xəbər verir ki, hadisə iyunun 19-da səhər saatlarında Qımır kəndi ərazisində qeydə alınıb.
Belə ki, eyni yaşda olan həmkəndlilər arasında mübahisə ölümlə nəticələnib. Nəticədə Ələsgər Əhmədov Kamran Məhərrəmovu kəsici alətlə qətlə yetirib.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən Ə.Əhmədov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır/report