Advert
Advert

Zaxarova: Ermənistandakı seçkilər müxalifətə təzyiq altında baş tutub

Tarix:
Zaxarova: Ermənistandakı seçkilər müxalifətə təzyiq altında baş tutub
Reklam

“Ermənistandakı parlament seçkiləri müxalifətə görünməmiş təzyiq və Qərbin müdaxiləsi altında baş tutub”.

Reyting.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mariya Zaxarova deyib.

XİN rəsmisi həmçinin qeyd edib ki, Rusiya Ermənistana qarşı siyasətini Ermənistan rəhbərliyinin faktiki hərəkətlərinə əsaslanaraq formalaşdırmaq niyyətindədir. 

“Seçkilərin nəticələrindən sonra Ermənistanda Paşinyanın Vətəndaş Müqaviləsi Partiyasına dəstək xeyli azalıb. Moskva həmişə güclü və həqiqətən suveren Ermənistanda maraqlı olub və olacaq”,- Zaxarova əlavə edib.

Onun fikrincə, Ermənistandakı son seçkilər Ermənistan cəmiyyətinin son dərəcə qütbləşdiyini açıq şəkildə nümayiş etdirib. Ermənistan cəmiyyətində Rusiya ilə əlaqələrin inkişaf etdirilməsi və Ermənistanın Avrasiya İqtisadi Birliyində (AİB) üzvlüyünün davam etməsi üçün açıq bir tələb var.

Zaxarova bildirib ki, erməni xalqı Rusiyaya qardaşdır və Rusiya onlara sülh və rifah arzulayır.

E. Kamal
 

Reklam