Ukrayna Müdafiə Qüvvələri Rusiyanın ən böyük sürtkü yağları istehsalçılarından biri olan və cəbhə xəttindən 1300 kilometrdən çox məsafədə yerləşən Ufa neft emalı zavoduna ikinci dəfə zərbə endirib.
Reyting.az xəbər verir ki, bunu Ukrayna Prezident Vladimir Zelenski “Telegram”da elan edib.
“Rusiyanın müharibəni uzatmasına cavab olaraq tətbiq etdiyimiz sanksiyalar ikinci dəfə Rusiyanın ən böyük sürtkü yağları istehsalçılarından biri olan Ufadakı neft emalı zavoduna çatdı. Məsafə cəbhə xəttindən 1300 kilometrdən çoxdur”, - deyə o qeyd edib.
Prezidentin sözlərinə görə, Penza bölgəsində rusların Ukrayna şəhər və qəsəbələrini vurmaq üçün istifadə etdiyi raket komponentlərinin hazırlanması və istehsalı ilə məşğul olan strateji Rusiya hərbi-sənaye kompleksi obyektinə çatıb. Hədəfə qədər olan məsafə cəbhə xəttindən təxminən 600 kilometr olub.
“Ukraynaya uzunmənzilli sanksiyalar tətbiq etmək planımız hər gün həyata keçirilir. Bu, Rusiyanın bizə qarşı etdiyi hər şeyə tamamilə ədalətli cavabdır. Sülhə ehtiyac var və Rusiya rəhbərliyi məhz bunu dərk etməlidir. Rusiya müharibəsinə son qoymalıdır. Və Rusiya rəhbərliyinin bunu etmək üçün hər cür imkanı var”, - deyə Zelenski vurğulayıb.
E. Kamal