“Ukrayna dəfələrlə Rusiyaya atəşkəs təklif edib. Bu dəfə Kiyev mayın 6-dan atəşkəsi təmin etməyə hazır olsa da, Rusiyanın növbəti hücum və təhdidləri ilə qarşılaşıb”.
Reyting.az xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenski bunu sosial media hesabında qeyd edib.
Zelenski Rusiyanın Qələbə Gününə atəşkəs elan etməsini “qəribə qərar” adlandırıb:
“Onlar parad keçirmək üçün Ukraynadan icazə istəyirlər ki, ildə bir dəfə meydana bir saatlıq təhlükəsiz şəkildə çıxıb sonra xalqımızı öldürən döyüşləri davam etdirsinlər. Ruslar artıq 9 maydan sonrakı hücumlardan danışırlar. Bu, Rusiya rəhbərliyinin qəribə məntiqidir. Moskvada olmağı planlaşdıran Rusiyaya yaxın bir neçə ölkənin nümayəndələri də bizə müraciət ediblər. Qəribə bir istək... Biz bunu tövsiyə etmirik”.
Qeyd edək ki, Rusiya 9 May - Qələbə Günü şərəfinə 8 may saat 00:00-dan 10 may tarixinə qədər Ukrayna ilə atəşkəs qərarı verib.
E. Kamal