Advert
Advert

Zelenski Putinin atəşkəs təklifinə cavab verib

Tarix:
Zelenski Putinin atəşkəs təklifinə cavab verib
Reklam

Ukrayna "Moskvada parad üçün bir neçə saatlıq təhlükəsizlik" yox, uzunmüddətli atəşkəs istəyir.

Reyting.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski Rusiya lideri Vladimir Putinin 9 May - Qələbə Günü atəşkəs təklifinə cavabında deyib. 

Zelenski bildirib ki, nümayəndələrinə ABŞ Prezidentinin komandası ilə əlaqə saxlamağı və Qələbə Günü Rusiyanın atəşkəs təklifinin təfərrüatları ilə maraqlanmağı tapşırıb.

Zelenski sosial mediada yazıb: 

"Dəqiq nədən danışdığımızı öyrənəcəyik: Moskvada parad üçün bir neçə saatlıq təhlükəsizlik və ya daha çox şey. Təklifimiz uzunmüddətli atəşkəsdir, insanlar üçün etibarlı təhlükəsizlik və davamlı sülh istəyirik". 

O əlavə edib ki, Ukrayna bu məqsədlə "istənilən ləyaqətli və effektiv formatda" işləməyə hazırdır.

Xatırladaq ki, Vladimir Putin Donald Trampla telefon danışığında Faşizm üzərində Qələbə Gününü qeyd etdikləri müddətdə Rusiya və Ukrayna arasında atəşkəs təklif etmişdi. Putinin köməkçisi Yuri Uşakovun sözlərinə görə, söhbət Rusiya tərəfinin təşəbbüsü ilə baş tutub. 

Qeyd edək ki, Rusiya-Ukrayna cəbhəsində sonuncu dəfə atəşkəs 2026-cı ilin aprelində, Pasxa bayramında elan edilib. Putin bunu birtərəfli şəkildə elan edib, Zelenski isə Ukrayna Silahlı Qüvvələrinin atəşkəsi təkrarlayacağını bildirib. Nəticədə, hər iki tərəf bir-birini çoxsaylı pozuntularda ittiham edib.

V. Quliyev
 

Reklam