Ukrayna Prezidenti Vladimir Zelenski Rusiya lideri Vladimir Putinlə birbaşa danışıqlara dərhal başlamağa hazır olduğunu bildirib.
Reyting.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, Zelenski bunu ABŞ-ın digər beynəlxalq münaqişələrin həllinə yönəlmiş fəaliyyətini gözləməyin məqsədəuyğun olmaması ilə izah edib.
“Növbəmiz çatana qədər ABŞ-ın dünyadakı bütün münaqişələri həll etməsini gözləməkdənsə, Putinlə birbaşa danışıqlara indi başlamağa hazıram. Hazırda Vaşinqtonun diqqəti əsasən İran ətrafındakı vəziyyətə yönəlib. Bu gün biz diqqət mərkəzində deyilik. Düşünürəm ki, İran ABŞ üçün bir nömrəli məsələdir”, - deyə Ukrayna lideri əlavə edib.
Y. Qacar