Türkiyədə hazırlıq prosesini davam etdirən "Zirə" komandası bu gün növbəti yoxlama oyununda qüvvəsini sınayacaq.
Reyting.az xəbər verir ki, bu barədə klubun mətbuat xidmətindən bildiriblər.
Məlumata görə, Rəşad Sadıqovun baş məşqçisi olduğu kollektiv Türkiyənin "İğdır" komandası ilə üz-üzə gələcək.
Qarşılaşma Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.
Qeyd edək ki, "Zirə" daha öncə hazırlıq prosesi çərçivəsində Bakıda "Qarabağ" klubu ilə qarşılaşıb və rəqibinə 3:4 hesabı ilə məğlub olub. Həmçinin paytaxt təmsilçisi Özbəkistan klubu "Navbahor"la da üz-üzə gəlib və 1:3 hesabı ilə uduzub.