İran ordusunda yeni qadağa tətbiq olunub - Foto
Tarix: 23-09-2024 16:10 | Bölmə: Xəbərlər
İran ordusunda yeni qadağa tətbiq olunub

İran İnqilab Keşikçiləri Korpusu Livandakı hücumlardan sonra oxşar təhlükəyə qarşı tədbir görüb.

Reyting.az
-ın xəbərinə görə, adının çəkilməsini istəməyən iki yüksək rütbəli İran təhlükəsizlik rəsmisi deyib ki, İsrailin Livanda “Hizbullah”ın peycerlərini və telsizlərini hədəf alan hücumlarından sonra İnqilab Keşikçiləri Korpusunun rabitə şəbəkəsi yenidən nəzərdən keçirilib və belə rabitə cihazlarından istifadə qadağan edilib.

Ordunun istifadə etdiyi rabitə vasitələrinin çoxunun ya əl istehsalı, ya da Çin və Rusiyadan ölkəyə gətirildiyi bildirilib.

İranlı təhlükəsizlik mənbəsinin sözlərinə görə, İnqilab Keşikçiləri Korpusu hazırda şifrəli mesajlaşma vasitəsilə əlaqə saxlayır:

“İsrailin ilk hücumda hədəfə aldığı peycerlərdən bəziləri Tehrana gətirildi. Buradakı cihazlar İran texniki qrupları tərəfindən yoxlanılır. Ehtiyat tədbirləri görülür ki, İranda da oxşar vəziyyətin yaranmasının qarşısını alsın”.



Digər bir məmur bəyan edib ki, Tehranın əsas narahatlığı xüsusilə yeraltı nüvə obyektlərinə və onun raket proqramına qarşı mümkün təxribatdır.

Məsələ ilə bağlı İran rəsmilərindən hələlik heç bir açıqlama verilməyib. Digər tərəfdən, İran Silahlı Qüvvələri ünsiyyət üçün əsasən öz simsiz radiolarından istifadə edir. İsrailin hədəfə aldığı və Livanda “Hizbullah”ın istifadə etdiyi peycerlər İran ordusunun inventarında yoxdur. Buna baxmayaraq, İran ordusunun son illər Rusiya və Çindən rabitə vasitələri aldığı bildirilir.

E. KAMAL




Bölməyə aid digər xəbərlər