Livana hücum: 100-dən çox insan həlak olub
Tarix: 23-09-2024 16:22 | Bölmə: Xəbərlər
Livana hücum: 100-dən çox insan həlak olub

İsrail qüvvələrinin səhər saatlarından etibarən Livana hücumları nəticəsində ən azı 100 nəfər ölüb, 400-dən çox insan yaralanıb.

Reyting.az
xəbər verir ki, bu barədə Livan Səhiyyə Nazirliyi məlumat yayıb.

Həlak olanlar arasında uşaqların, qadınların və səhiyyə işçilərinin də olduğu bildirilir.

“Hizbullah” İsrail ordusunun müxtəlif hərbi nöqtələrinə çoxlu raketlər atdığını açıqlayıb. Qeyd edilib ki, İsrailin şimalında iki hərbi mövqe və Hayfa şəhərinin şimalında Rafael müdafiə sənaye kompleksləri hədəfə alınıb.

Livanın telekommunikasiya operatoru “Ogero” şirkətinin prezidenti İmad Kreidieh deyib ki, bu gün İsraildən Livan xalqına 80 mindən çox şübhəli zəng gəlib. Zəng edənlər insanların köçürülməsini istəyiblər.

Onu da qeyd edək ki, İsrail ordusu (IDF) İsrail Hərbi Hava Qüvvələrinin səhər saatlarından etibarən Livandakı 300-dən çox “Hizbullah” hədəfini vurduğunu açıqlayıb.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər