Bakı-Sumqayıt elektrik qatarlarında qiymətlər qalxıb
Tarix: 23-09-2024 17:11 | Bölmə: Xəbərlər
Bakı-Sumqayıt elektrik qatarlarında qiymətlər qalxıb

Sentyabrın 25-dən Bakı Dairəvi Dəmir yolu xəttində qiymətlər artırılacaq.

Bunu jurnalistlərə açıqlamasında “Azərbaycan Dəmir Yolları” QSC-nin Sərnişin daşımaları departamentinin rəisi Azər Fərəcov deyib.

Onun sözlərinə görə, həmin tarixdən Abşeron dairəvi marşrutu üzrə sərnişindaşımada yeni qiymət siyasəti tətbiq ediləcək: "Sərnişinlər minimum 40 qəpik ödəməklə mənzilbaşına çatacaq ki, bu da ölkədə ictimai nəqliyyat növləri arasında ən aşağı tarifdir. Ümumilikdə Abşeron dairəvi marşrutu üzrə gediş haqları məsafədən asılı olaraq 10-20 qəpik artırılacaq".

Reyting.az




Bölməyə aid digər xəbərlər