Adamyeyəni azadlığa buraxıblar
Tarix: 23-09-2024 18:03 | Bölmə: Xəbərlər
Adamyeyəni azadlığa buraxıblar

Adamyeyən Dmitri Malışev Rusiya-Ukrayna müharibəsində vuruşduğu üçün cəzasının 17 ilindən azad edilib. İndi o, yaralı halda cəbhədən geri qayıdıb.

Reyting.az
xəbər verir ki, bu səbəbdən Rusiyanın Volqoqrad yaxınlığındakı kənddə çoxları narahatdır.

Xatırladaq ki, 36 yaşlı qatil öldürdüyü üç kişidən birinin ürəyini tərəvəzlə bişirdikdən sonra yemişdi.

Onun qurbanını parçaladığı, bişirdiyi və yediyi dəhşətli anları lentə aldığı da qeyd olunur. Həbs edilməzdən əvvəl onun avtomatla iki iş adamını güllələdiyi də bildirilir.

Törətdiyi qandonduran cinayətin təfərrüatlarını müstəntiqlərə izah edən Malışev deyib: “Mən onun başına mismar tapançası ilə bir neçə dəfə vurdum və ürəyini kəsdim. Dilimlədim, tavada qovurub yedim”.

Adamyeyənliklə yanaşı, Malışev bir sıra cinayətlərdə, o cümlədən cinayətkar dəstənin tərkibində iki nəfəri xüsusilə amansızlıqla qətlə yetirməkdə, banditizmdə, oğurluqda, qanunsuz silah və sursat ticarətində təqsirli bilinərək 25 il müddətinə azadlıqdan məhrum edilmişdi. Sonrada Rusiya-Ukrayna müharibəsinə cəlb edilən Malışev yaralandıqdan sonra evinin yerləşdiyi Raxinka kəndinə qayıdıb. O, çənəsindən və əlindən yaralanıb.

V. QULİYEV





Bölməyə aid digər xəbərlər