İsrailin hava limanı və hərbi bazası vurulur - Video
Tarix: 24-09-2024 08:35 | Bölmə: Xəbərlər
İsrailin hava limanı və hərbi bazası vurulur

“Hizbullah” İsrailin şimalında iki hərbi hava limanını, bir bazanı və partlayıcı zavodu hədəfə alan 6 raket hücumu həyata keçirib.

Reyting.az
-ın məlumatına görə, “Hizbullah”ın “Telegram” hesabı üzərindən verilən açıqlamada bildirilib ki, şimaldakı Afula şəhərinin qərbindəki Megiddo Hərbi Hava Limanı “Fadi 1” və “Fadi 2” raketləri ilə ard-arda 3 dəfə bombalanıb. Bununla da Livan sərhədindən 30 kilometr aralıda yerləşən hava limanı “Hizbullah” tərəfindən ilk dəfə vurulub.

Başqa bir açıqlamada isə qeyd olunur ki, Ramat David bazası və hava limanı “Fadi 2” raketləri ilə, İsrail ordusunun şimal bölgəsinə nəqliyyat və logistik dəstəyi verən əsas bazası “Amos” “Fadi 1” raketləri ilə, Livan sərhədindən təqribən 60 kilometr aralıda yerləşən Zihron bölgəsindəki partlayıcı zavod “Fadi 2” raketləri ilə vurulub.

Hücumların “Qəzza zolağında Fələstin xalqına, onların cəsur və şərəfli müqavimətinə dəstək olmaq və Livan xalqını müdafiə etmək üçün” həyata keçirildiyi bildirilib.

İsrail mətbuatında əvvəlki xəbərlərdə yazılır ki, Livandan atılan raketlər nəticəsində Nazaret şəhəri, Afula və İsrailin şimalındakı Qaliley bölgəsindəki bir çox qəsəbədə sirenlər çalınır.

İsrail ordusundan mətbuatda çıxan xəbərlərdə “Hizbullah” tərəfindən şimala 20 raket atıldığı, bəzilərinin məhv edildiyi, digərlərinin isə açıq sahələrə düşdüyü iddia edilib.

Video:My Webpage

E. KAMAL




Bölməyə aid digər xəbərlər