İki ölkədə zəlzələ olub, birində sunami xəbərdarlığı edilib
Tarix: 24-09-2024 08:39 | Bölmə: Xəbərlər
İki ölkədə zəlzələ olub, birində sunami xəbərdarlığı edilib

Yaponiyada əhaliyə sunami xəbərdarlığı edilib. Bu barədə ölkənin Baş Meteorologiya İdarəsi məlumat yayıb.

Reyting.az
-ın xəbərinə görə, məlumatda deyilir ki, 5,9 bal gücündə zəlzələ səbəbindən əhaliyə sunami xəbərdarlığı edilib.

Yeraltı təkanlar yerli vaxtla saat 8:14-də (Bakı vaxtı ilə 4:14) İzu adaları yaxınlığında qeydə alınıb. Zəlzələnin episentri yerin 10 kilometr dərinliyində yerləşib. İzu və Oqasavara arxipelaqlarının sakinlərinə sunami təhlükəsi ilə bağlı xəbərdarlıq edilib.

Onu da qeyd edək ki, İndoneziyanın şimalındakı Qorontalo şəhəri sahillərində də 6 bal gücündə zəlzələ baş verib. Zəlzələdən sonra sunami xəbərdarlığı olmayıb.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər