Jurnalist canlı yayımda olarkən evinə bomba atıblar - Video
Tarix: 24-09-2024 08:52 | Bölmə: Xəbərlər
Jurnalist canlı yayımda olarkən evinə bomba atıblar

Livanlı jurnalist və siyasi analitik Fadi Budia ölkənin şərqindəki Bekaa bölgəsində canlı yayımda olduğu yerin İsrail qüvvələri tərəfindən bombalanması nəticəsində yaralanıb.

Reyting.az
xəbər verir ki, sosial şəbəkə istifadəçiləri tərəfindən paylaşılan videoda Budia Bekaa bölgəsindəki Temnin et-Tahta qəsəbəsindən canlı yayım edərkən onun yerinin bombalandığı görünür.

Qeyd edilir ki, Budia bir televiziya kanalının canlı yayımına qatılarkən hücum nəticəsində xəsarət alıb. Livanlı jurnalistin evinə də ziyan dəyib.

Xatırladaq ki, İsrail tərəfi ötən gün də Bekaa bölgəsinə zərbələr endirib.

Video:My Webpage

ELÇİN





Bölməyə aid digər xəbərlər