Bakıdan Təl-Əvivə uçuşlar dayandırılıb
Tarix: 24-09-2024 10:54 | Bölmə: Xəbərlər
Bakıdan Təl-Əvivə uçuşlar dayandırılıb

"Azərbaycan Hava Yolları" QSC (AZAL) Bakıdan İsrailin paytaxtı Təl-Əvivin Ben Qurion Hava Limanına uçuşları dayandırıb.

Reyting.az
bildirir ki, uçuşların dayandırılmasına səbəb bölgədə baş verən toqquşmalar göstərilib.

AZAL-ın məlumatına görə, Təl-Əvivə aviabiletləri olan sərnişinlər vəsaitlərini tam geri ala və ya biletlərini başqa reysə cəriməsiz dəyişə bilərlər:

“Bakı-Təl-Əviv-Bakı marşrutu üzrə uçuşların bərpası ilə bağlı əlavə məlumat vəziyyətdən asılı olaraq açıqlanacaq. Aviaşirkət hər hansı dəyişiklik barədə dərhal sərnişinləri məlumatlandıracaq.

Sərnişinlər yeniliklər barədə xəbərdar olmaq üçün AZAL-ın Çağrı mərkəzinə müraciət edə bilərlər: [email protected].

Uçuşların və sərnişinlərin təhlükəsizliyi AZAL üçün bir nömrəli prioritetdir".






Bölməyə aid digər xəbərlər