İran prezidenti Ərdoğanla görüşü barədə suala cavab verməyib
Tarix: 24-09-2024 13:00 | Bölmə: Xəbərlər
İran prezidenti Ərdoğanla görüşü barədə suala cavab verməyib

Birləşmiş Millətlər Təşkilatının 79-cu sessiyası çərçivəsində Nyu-Yorkda olan Türkiyə prezidenti Ərdoğanla İran prezidenti Məsud Pezeşkian mətbuata qapalı görüş keçiriblər.

Reyting.az
xarici mətbuata istinadla xəbər verir ki, görüşdən sonra Pezeşkiyan və rəhbərlik etdiyi nümayəndə heyəti jurnalistlərlə slamlaşaraq suallara cavab vermək istəməyiblər.

Bu zaman "CNN Türk"-ün ABŞ üzrə müxbiri Yunus Paksoy Pezeşkiandan "Prezident Ərdoğanla görüşünüz necə keçdi?", – deyə soruşub.

İran prezidenti suala türkcə “Təşəkkür edirəm, sağ ol", - deyə cavab verərək uzaqlaşıb.

E.ARAZ
Reyting.az




Bölməyə aid digər xəbərlər