Ayda su olan sahənin xəritəsini hazırlayıblar
Tarix: 24-09-2024 17:21 | Bölmə: Xəbərlər
Ayda su olan sahənin xəritəsini hazırlayıblar

Ayda mövcud olan suyun xəritəsi tərtib edilib. Alimlər bildiriblər ki, Aydakı su qalığı olan ərazi diqqəti cəlb etməyən bir sahədədir.

Reyting.az
"Science Alert" jurnalına istinadla xəbər verir ki, tədqiqatçılar qrupu suyun, hidroksillərin Ayın səthində paylanmasının çox əhatəli, həmçinin elmi cəhətdən tamamilə dəqiq, mükəmməl xəritəsini tərtib ediblər.

Xəritə Bharat Respublikasının (Hindistan) "Chandrayaan-1" adlı kosmik gəmisinin "Moon Mineralogy Mapper - 3" spektrometri tərəfindən toplanmış geniş məlumatlar əsasında hazırlanıb. Elm adamlarına məlum olub ki, su, həmçinin hidroksil, yəni sulu qalıq təkcə subpolyar ay cismi kraterlərində deyil, ay ekvatorunun yaxınlığındakı günəşin işığı ilə işıqlandırılan ərazilərdədir.

Alimlərin fikrincə, su tərkibli zəngin süxurlar Ayın bütün enliklərində mövcuddur.

Bildirilir ki, Yerin təbii peyki olan Ayın səthindəki su metastabildir.

Oqtay QORÇU




Bölməyə aid digər xəbərlər