Ərdoğan ABŞ-da Paşinyanla görüşüb - Yenilənib
Tarix: 25-09-2024 00:00 | Bölmə: Xəbərlər
Ərdoğan ABŞ-da Paşinyanla görüşüb

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-nin Nyu-York şəhərində Ermənistanın baş naziri Paşinyanla görüşüb.

Bu barədə "Sputnik Turkiye" xəbər yayıb.

Mətbuata qapalı keçirilən görüşlə bağlı hələlik heç bir açıqlama verilməyib.

***

Son məlumata görə, görüşdə Türkiyə ilə Ermənistan arasında normallaşma və Ermənistanla Azərbaycan arasında sülh prosesi müzakirə edilib.

Ərdoğan Türkiyənin Azərbaycan və Ermənistan arasında daimi sülhün bərqərar olmasına və yeni dövrdə iki ölkə arasında möhkəm dostluğun qurulmasının tərəfdarı olduğunu və bunun üçün səylərin davam etdiyini bildirib.

Ərdoğan Türkiyə ilə Ermənistan arasında ilkin şərt qoyulmadan normallaşma istiqamətində əhəmiyyətli irəliləyişlərin əldə olunduğunu ifadə edərək, dialoq prosesinin davam etdirilməsinə səmimi dəstəyini ifadə edib.

Bundan əlavə, prezident Ərdoğan görüş zamanı Paşinyana müəllifi olduğu “Daha ədalətli dünya mümkündür” kitabını hədiyyə edib.





Bölməyə aid digər xəbərlər