BMT Təhlükəsizlik Şurası təcili toplanır
Tarix: 25-09-2024 08:05 | Bölmə: Xəbərlər
BMT Təhlükəsizlik Şurası təcili toplanır

Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası (BMT TŞ) Livandakı hadisələri müzakirə etmək üçün bir həftə ərzində ikinci dəfə təcili iclas keçirəcək.

Reyting.az
xəbər verir ki, iclas bu gün yerli vaxtla saat 18.00-da olacaq.

Açılış nitqi ilə BMT Baş katibi Antonio Quterreş çıxış edəcək. Fövqəladə sessiya Fransa tərəfindən tələb olunub.

Qeyd edək ki, BMT Təhlükəsizlik Şurası Əlcəzairin tələbi ilə sentyabrın 20-də fövqəladə iclas keçirib.

E. KAMAL




Bölməyə aid digər xəbərlər