İsrail Qəzzaya humanitar yardımı əngəlləyir
Tarix: 25-09-2024 08:30 | Bölmə: Xəbərlər
İsrail Qəzzaya humanitar yardımı əngəlləyir

BMT Baş Assambleyasında Qəzzadakı humanitar böhran yenidən müzakirə olunur. Qəzzadakı böhran müzakirəyə çıxarıldığı bir vaxtda müstəqil araşdırmaçı jurnalist təşkilatı “ProPublica” 17 səhifəlik hesabat yayıb.

Reyting.az
xəbər verir ki, hesabatda Qəzzaya humanitar yardım səylərinə İsrailin mane olduğu bildirilir. Qeyd olunur ki, İsrail humanitar yardım işçilərini aradan götürür, kənd təsərrüfatı sahələrini viran qoyur, xəstəxanaları və təcili tibbi yardım maşınlarını bombalayır.

Araşdırmada USAİD-in direktoru Samanta Pauer İsrailə reaksiya göstərərək deyib:

“Qəzzada gözlənilən aclıq İsrailin ABŞ-nın humanitar yardımlarını qəsdən rədd etməsi və maneə törətməsinin nəticəsidir”.

Qəzzadakı böhrana görə HƏMAS-ın da məsuliyyət daşıdığı bildirilən hesabatın yekununda qeyd olunur ki, Qəzzadakı vəziyyət dünyanın ən pis humanitar fəlakətlərindən biridir.

Hesabatda vurğulanır ki, ABŞ-nın göndərdiyi humanitar yardım İsrail tərəfindən bəzən əsassız, bəzən də bürokratik üsullarla dayandırılaraq, sistemli şəkildə əngəllənir.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər