Rus ordusu Xarkov vilayətində irəliləyir
Tarix: 25-09-2024 08:39 | Bölmə: Xəbərlər
Rus ordusu Xarkov vilayətində irəliləyir

Borovaya-Kupyansk-Uzlovaya avtomobil yolunun logistika marşrutunu itirilmiş hesab etmək olar.

Reyting.az
xəbər verir ki, bu barədə Ukrayna ordusunun 3-cü Ayrı Hücum Briqadasının 1-ci Hücum Batalyonunun komandiri Vladimir Fokin deyib.

O, məsuliyyət zonasında çox çətin bir vəziyyət elan edib.

“Əslində, düşmən 3-cü Ayrı Hücum Briqadasının bütün məsuliyyət zonasında hücumlar həyata keçirir və bizim qüvvələrimizi sıxışdırır”, - Fokin vurğulayıb.

Hərbçi bildirib ki, ruslar taktikanı dəyişərək aktiv hücum əməliyyatlarına başlayıblar. Onlar ağır, avtomobil və təkərli texnikadan istifadə edir, həmçinin 6-10 nəfərlik qruplarda “ayaq üstə” hücumlar həyata keçirirlər.

O qeyd edib ki, Borovaya istiqamətində mövcud vəziyyətlə bağlı məlumatlar açıq mənbələrdə var: “Düşmən tamamilə Pesçanoye ərazisini ələ keçirib və Oskol çayının sol sahilinə doğru irəliləməkdə davam edir. Çay sahilinə iki kilometr qalıb. Ruslar Borovaya və daha şimala, Kupyanska doğru gedir. Bu logistika marşrutu artıq mövcud deyil”.

Fokinin sözlərinə görə, cənubda ruslar Makeevka yaxınlığındakı Nevskoye kəndini tutublar. Bu isə onlara çayın sol sahildən sağa keçmək imkanı verib: “Düşünürəm ki, onlar qərbə və şimal-qərbə doğru irəliləyəcəklər. Makeevka bölgəsində öz qüvvələri ilə birləşəcəklər və daha da qərbə və şimal-qərbə - Grekovka, Şaykovka, Çerneşina, Nijne və Verxne Solenoe yaşayış məntəqələrinə doğru irəliləyəcəklər”.

E. KAMAL




Bölməyə aid digər xəbərlər