Xidmət rəisi Köçərli Həsənov vəfat edib
Tarix: 25-09-2024 10:23 | Bölmə: Xəbərlər
Xidmət rəisi Köçərli Həsənov vəfat edib

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin (əvvəlki adı "Azərsu" ASC) rəhbəri Köçərli Həsənov vəfat edİb.

Reyting.az
Mia.az-a istinadla xəbər verir ki, onun ürəyində ciddi problem varmış.

Məlumata görə, o, İstanbula müayinə və əməliyyat üçün gedibmiş.

Lakin həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Məlumata görə, onun nəşi bu gün Bakıya gətiriləcək.

Məlumatı Xidmətdən Mia.az-a təsdiqləyiblər.

Allah rəhmət eləsin!




Bölməyə aid digər xəbərlər