İcra başçısının qardaşını tok vurub öldürüb
Tarix: 25-09-2024 13:55 | Bölmə: Xəbərlər
İcra başçısının qardaşını tok vurub öldürüb

Azərbaycanda kolbasa istehsal edən şirkətdə bədbəxt hadisə baş verib.

Reyting.az
 lent.az-a istinadən bildirir ki, hadisə Xırdalan şəhərində fəaliyyət göstərən "Ay-min" MMC-də (kolbasa şirkəti) qeydə alınıb.

Orada işləyən, Lənkəran rayon sakini, 1971-ci il təvəllüdlü Habil Böyükağa oğlu Quliyevi elektrik cərəyanı vuraraq öldürüb.

Modern.az-ın məlumatına görə isə o, Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyevin qardaşıdır.

Hadisənin dünən baş verdiyi qeyd edilir.

Faktla bağlı Abşeron rayon Prokurorluğu tərəfindən araşdırma aparılır. 




Bölməyə aid digər xəbərlər