Yunanlar Türkiyə gəmisinə hücum edib - Video
Tarix: 26-09-2024 08:31 | Bölmə: Xəbərlər
Yunanlar Türkiyə gəmisinə hücum edib

Muğlanın Bodrum rayonu sahillərində türk balıqçı gəmisinə hücum olub. Türkiyə Daxili İşlər Nazirliyinin Sahil Mühafizə Komandanlığı təcavüz edən Yunanıstan Sahil Mühafizəsi elementinin bölgədən çıxarıb.

Reyting.az
-ın məlumatına görə, Sahil Mühafizə Komandanlığından verilən açıqlamada qeyd olunur ki, Akyarlar sahillərində ovla məşğul olan “Barbaros-4” adlı Türkiyə bayraqlı balıqçı gəmisi bölgəyə gələn Yunanıstan Sahil Mühafizəsi ünsürü tərəfindən təcavüzə məruz qalıb.

Bundan sonra dərhal hadisə yerinə bölgədə xidmət edən bir sahil mühafizə gəmisi göndərilib. Orta xəttdə olan Yunanıstan Sahil Mühafizə gəmisi türk gəmilərinin qabaqlayıcı manevrləri ilə bölgədən uzaqlaşdırılıb.

Qeyd olunub ki, Türkiyə balıqçı qayığında aparılan yoxlamalar zamanı heç bir ziyan aşkar edilməyib və balıqçı qayığı təhlükəsiz şəkildə Turqutreis Balıqçı Sığınacağına təhvil verilib.

Video:My Webpage

V. QULİYEV




Bölməyə aid digər xəbərlər