Şəhid Vaqif Alıyev dəfn edilib
Tarix: 26-09-2024 15:10 | Bölmə: Xəbərlər
Şəhid Vaqif Alıyev dəfn edilib

Qalıqları Ağdərə rayonunun Sırxavənd kəndində aşkar edilən Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Vaqif Sərdar oğlu Alıyevlə Gəncə şəhərində keçirilən vida mərasimi başa çatıb.

Reyting.az
xəbər verir ki, şəhidin nəşi Gəncə Şəhidlər Xiyabanında dəfn olunub.

Dəfn mərasimində şəhidin doğmaları, Gəncə Şəhər İcra Hakimiyyətinin vəzifəli şəxsləri, şəhər hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, Vaqif Sərdar oğlu Alıyev 1966-cı il mayın 28-də Gədəbəy rayonunun Qoşabulaq kəndində anadan olub. O, 1993-cü il sentyabrın 29-da Ağdərə rayonunun Sırxavənd kəndi istiqamətində itkin düşüb.




Bölməyə aid digər xəbərlər