Süni intellekt yerin altından xəbər verəcək - Foto
Tarix: 26-09-2024 17:59 | Bölmə: Xəbərlər
Süni intellekt yerin altından xəbər verəcək

Birləşmiş Ərəb Əmirliklərində yeni qazıntı sahələri tapmağa və səhraların tədqiqində yerli arxeoloqlar süni intellektin köməyindən istifadə edəcəklər.

Reyting.az
CNN-ə istinadla bildirir ki, Əbu-Dabidə yerləşən Xəlifə Universitetinin tədqiqatçıları yeni qazıntı sahələrini kəşf etməyin qismən asan yolunu tapıblar. Onlar süni intellektdən istifadə etməklə uğurlara imza atacaqlarını bildiriblər.

Xatırladaq ki, əvvəllər arxeoloqlar lazım olan yerləri aşkar etməkdən ötrü ancaq yerin tərkibindəki tədqiqatlardan istifadə edirdilər və buna çox əmək sərf olunurdu.

Hətta "Google Earth"-dən optik peykin görüntülərindən istifadə etməklə uzaq məsafədən zondlama belə kömək etməyə bilər, çünki səhrada qum və toz fırtınaları tez-tez bu şəkillərdə təsvir olunan yerin səthini örtür. Hətta bunu Dunes texnologiyaları vasitəsilə də aşkar etmək çox çətindir.

Məhz bu səbəbdən bir qrup elm adamı tamamilə yeni axtarış metodu yaratmağa qərar verib.

Atmosferi öyrənən alim, yeni layihənin aparıcı tədqiqatçılarından olan Diana Frensis "Tədqiqatlarımızı tam diqqət mərkəzində saxlamaq üçün bir müasir üsula ehtiyacımız var idi", - deyib.



Beləliklə, tədqiqatçılar səthlərin altındakı gizli obyektlərin təsviri üçün peyk əsaslı metod kimi istifadə olunan dəqiq sintetik diyaframlı SAR adlanan radar tərəfindən çəkilmiş şəkilləri təhlil etmək məqsədilə maşın öyrənmə alqoritmi yaradıblar. Hər iki texnologiya yeni olmasa da, heç kim onları birlikdə istifadə etməyib.

Diana Frensisin dediyinə görə, bu, onun bildiyi arxeologiyada belə bir tətbiqin ilk hadisəsidir.

Alim, Saruk Əl Hədid qəsəbəsində əldə olunmuş məlumatlardan istifadə etməklə alqoritmi öyrədib, yəni Dubay kənardakı səhrada tapılan 5000 illik fəaliyyəti tam sübut etməklə.

"Təlimdən sonra biz yaxınlıqdakı bu günə qədər qazılmamış bəzi potensial əraziləri də tədqiq edərək göstəricilərini aldıq", - deyə arxeoloqlardan biri söyləyib. Arxeoloqun sözlərinə görə, yeni texnologiya 50 santimetrədək dəqiqliyi tam təmin edir.

Ərəb arxeoloqların söylədiklərini təsdiq edən D. Frensis xüsusilə daha bir əsas məqamı da vurğulayıb. Deyib ki, təklif olunan strukturun 3D modellərini işləyib yaratmaq belə axtarışlar üçün də istifadə edilə bilər. Frensisə görə, bu arxeoloqlara yerin altında, yaxud da səhralarda nəyin basdırıldığı barədə daha yaxşı imkanlar verəcək.

Oqtay QORÇU




Bölməyə aid digər xəbərlər