İsrail ordusu Livanda quru əməliyyatlara hazırdır - Foto
Tarix: 27-09-2024 08:46 | Bölmə: Xəbərlər
İsrail ordusu Livanda quru əməliyyatlara hazırdır

İsrail Hərbi Hava Qüvvələrinin komandanı Tomer Bar İrandan “Hizbullah”a silah daşınmasını dayandıracaqlarını və quru əməliyyatına hazır olduqlarını deyib.

Reyting.az
xəbər verir ki, general Tomer Bar “Hizbullah” lideri Həsən Nəsrullahın gücünün İranın silah dəstəyindən asılı olduğunu vurğulayıb.



O, İsrailin Livanda quru əməliyyatı ehtimalı üçün hazırlıq gördüyünü və bu qərarın yüksək səviyyədə veriləcəyini bildirib. General İrandan “Hizbullah”a silah daşınmasını dayandıracaqlarını və hava qüvvələrinin quru əməliyyatlarına dəstək verməyə hazır olduğunu deyib.

Qeyd edək ki, İsrail ordusu artıq Beyrutun cənubunu da vurub. Hücumda “Hizbullah” komandirinin hədəf alındığı iddia edilir. Hücumlarda “Hizbullah”ın dron sistemlərinin rəhbəri Məhəmməd Surur öldürülüb.

Livan Səhiyyə Nazirliyi hücumda 2 nəfərin öldüyünü, 15 nəfərin yaralandığını açıqlayıb.

ELÇİN




Bölməyə aid digər xəbərlər