Bu gün Tramp Zelenski ilə görüş elan edib
Tarix: 27-09-2024 09:57 | Bölmə: Xəbərlər
Bu gün Tramp Zelenski ilə görüş elan edib

ABŞ prezidentliyinə Respublikaçılar Partiyasından namizəd Donald Tramp Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşəcəyini bildirib.

Reyting.az
xəbər verir ki, görüşün bu gün Nyu-Yorkda baş tutacağı gözlənilir.

Sabiq prezidentin sözlərinə görə, o, Zelenski ilə Tramp Towerdə görüşəcək.

“Ukraynada baş verənlər utancvericidir: bu qədər ölüm, bu qədər dağıntı... Bu, dəhşətli bir şeydir. Məni çox narahat edən şeylərdən biri də Avropanın pulun yalnız kiçik bir hissəsini ödəməsidir. Amerika ödəyir və bizimlə Rusiya arasında bir okean var, amma onlarda yoxdur”, - ABŞ prezidentliyinə namizəd bildirib.

Media Ukrayna prezidenti Vladimir Zelenskinin komandasının ABŞ-a səfəri zamanı ABŞ prezidentliyinə namizəd Donald Trampla Mar-a-Laqo iqamətgahında görüşməyə razı olmadığını yazıb. Səbəb kimi isə bunun onun seçkilərdə namizədliyinə dəstək ifadəsi kimi qəbul oluna biləcəyi iddia edilib.

Bundan əvvəl Tramp Ukrayna və xüsusən də Zelenski ilə bağlı bir neçə səs-küylü bəyanatlar verib.

Şimali Karolinada seçki kampaniyası zamanı Tramp Zelenskini ona qarşı “çirkli hücumlar”da ittiham edib. ABŞ prezidentliyinə namizəd konkret nə demək istədiyini açıqlamayıb.

ELÇİN




Bölməyə aid digər xəbərlər