İran ordusu: "Cənab Tramp, siz oyunçusunuz, biz isə..."
Tarix: 23-06-2025 11:34 | Bölmə: Xəbərlər
İran ordusu: "Cənab Tramp, siz oyunçusunuz, biz isə..."

Birləşmiş Ştatların son düşmənçilik hərəkətləri İran Silahlı Qüvvələri üçün qanuni hədəflərin dairəsini genişləndirib.

Bunu İran Silahlı Qüvvələrinin "Xatəm əl-Ənbiya" Mərkəzi Qərargahının nümayəndəsi İbrahim Zülfəkari bildirib.

Onun sözlərinə görə, ABŞ öz hərəkətlərinə görə ağır nəticələr gözləməlidir.

"Cənab Tramp, siz oyunçusunuz, siz bu müharibəni başlaya bilərsiniz, amma onu biz bitirəcəyik", - nümayəndə vurğulayıb(report).




Bölməyə aid digər xəbərlər