Novxanı çimərliyində iki nəfər batıb
Tarix: 20-07-2025 11:27 | Bölmə: Xəbərlər
Novxanı çimərliyində iki nəfər batıb

Xəzər dənizinin Abşeron rayonunun Novxanı kəndi ərazisində yerləşən çimərliyində iki nəfər batıb.

Reyting.az
xəbər verir ki, bunu Fövqəladə Hallar Nazirliyi "112" qaynar telefon xəttinə daxil olan məlumat əsasında bildirib.

Məlumatla əlaqədar Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.

Əlavə məlumat veriləcək.




Bölməyə aid digər xəbərlər