Robot azyaşlı dostu ilə kövrək şəkildə vidalaşıb
Tarix: 17-10-2025 13:49 | Bölmə: Xəbərlər
Robot azyaşlı dostu ilə kövrək şəkildə vidalaşıb

Çinin Hunan əyalətində süni intellektlə təchiz edilmiş mini robot, onu təsadüfən sındıran altı yaşlı sahibi ilə kövrək şəkildə vidalaşıb.

Reyting.az
-ın məlumatına görə, "South China Morning Post" nəşri yazıb ki, "Syao Çji Bacı" adlanan kiçik cihazı qızına atası hədiyyə edibmiş.

Bu robot uşağa ingilis dilini və astronomiyanı öyrənməyə üçün kömək edir, onunla ünsiyyət qurur, eləcə də çox gözəl musiqilər səsləndirirmiş. Robot hətta zəng funksiyasını yerinə yetirirmiş.

Bir gün təsadüfən bu azyaşlı qız hədiyyə robot oyuncağını yerə salıb və nəticədə onu açmaq üçün istifadə olunan düymə zədələnib. Az müddət sonra robotun ekranı tədricən sönməyə başlayıb. Bunu görən qızcığaz robotun işləməyəcəyini anlayanda ağlayıb. Lakin kiçik robot tam sönməzdən öncə öz azyaşlı dostu ilə vidalaşmağa macal tapıb. Robot sönməzdən əvvəl "Syao Çji Bacı" sözlərini deyib.

Oqtay QORÇU




Bölməyə aid digər xəbərlər
7-11-2025, 16:45 Tiktoker həbs edilib