Dünyanın ən qədim tələsini tapıblar
Tarix: 12-11-2025 17:52 | Bölmə: Xəbərlər
Dünyanın ən qədim tələsini tapıblar

Norveçin Vestland bölgəsində, Eurlannfyell dağ yaylasında arxeoloqlar təxminən 1500 il əvvələ aid taxta maral tələsi aşkar ediblər. Mütəxəssislərin fikrincə, bu tapıntı çoxsaylı emal olunmuş taxta hissələrdən ibarətdir və böyük ehtimalla indiyədək elmə məlum olan dünyanın ən qədim tələsi hesab olunur.

Reyting.az
xəbər verir ki, alimlərin məlumatına görə, buz qatının altında min beş yüz il ərzində qalan tələ mükəmməl şəkildə qorunub.

Ən yaxşı vəziyyətdə saxlanmış hissə iki taxta hasardan, həmçinin iri kötüklərdən tikilmiş bir növ tövlə tipli qurğudan ibarətdir. Mütəxəssislərin qənaətinə görə, bu yer o dövrdə maralların kütləvi ov məkanı olub.

Tədqiqatçılar həmçinin çoxlu sayda maral buynuzları, nizə ucları, ox və yay qalıqları, bəzəkli taxta məmulatlar, eləcə də maral buynuzundan hazırlanmış boyunbağı və qolbaqlar da aşkar ediblər.

Alimlərin bildirdiyinə görə, bütün artefaktlar hazırda Berqen Universiteti Muzeyində xüsusi laboratoriyada bərpa olunur. Arxeoloqlar iqlim dəyişiklikləri və buzlaqların əriməsi səbəbindən bu cür qədim tapıntıların qorunmasının getdikcə çətinləşdiyini də qeyd ediblər.

Oqtay QORÇU




Bölməyə aid digər xəbərlər
7-11-2025, 16:45 Tiktoker həbs edilib