Qaxın yeni icra başçısı kollektivə təqdim olunub
Tarix: 13-11-2025 17:15 | Bölmə: Xəbərlər
Qaxın yeni icra başçısı kollektivə təqdim olunub

Qax Rayon İcra Hakimiyyətinin başçısı təyin olunan Elvin Paşayev bu gün rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə kollektivə təqdim olunub.

Reyting.az
xəbər verir ki, təqdimatı Azərbaycan Prezidentinin köməkçisi – Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev edib.

Təqdimatda Zeynal Nağdəliyev çıxış edib və ölkə başçısının tapşırıq və tövsiyələrini çatdırıb.

E.Paşayev ona göstərilən etimada görə minnətdarlıq edib.

Qeyd edək ki, Elvin Paşayev Prezidentin Sərəncamı ilə noyabrın 12-də Qax Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.




Bölməyə aid digər xəbərlər
1-12-2025, 18:03 AXCP ləğv oluna bilər