11:17 / 08-12-2025
Bərdədə bir ailənin dörd nəfər qidadan zəhərlənib
11:06 / 08-12-2025
Ramiz Mehdiyevin qızı kafedra müdiri vəzifəsindən azad olunub
11:01 / 08-12-2025
"Afrika korpusu" Malinin qara kabusuna çevrilib
10:57 / 08-12-2025
Ağdamda insan sümükləri tapılıb
10:41 / 08-12-2025
Milli Məclisdə konfrans keçirilir
10:34 / 08-12-2025
Şahmar Mövsümov: "Bu, ölkəmizin regional logistika qovşağı kimi mövqeyini gücləndirir"
10:14 / 08-12-2025
Baş nazir Viktor Orban Türkiyəyə gəlir
10:08 / 08-12-2025
Baş nazirin təyyarəsinə hücum sirrinin üstü açılıb
10:02 / 08-12-2025
Maqnit qasırğası gözlənilir
09:59 / 08-12-2025
MN: "Pirəkəşkül və Ağdərədə yararsız döyüş sursatları məhv ediləcək"
09:48 / 08-12-2025
Krımın işğalından sonra məhkəmə çəkişmələri səngimək bilmir
09:37 / 08-12-2025
Azərbaycanın dörd bölgəsinə qar yağır
09:29 / 08-12-2025
Zelenski Trampı məyus edib
09:18 / 08-12-2025
Moskvada KTMT Parlament Assambleyasının plenar iclası keçiriləcək
09:12 / 08-12-2025
2026-cı ildə ABŞ Ukraynaya 400 milyon dollar yardım edəcək
08:27 / 08-12-2025
Putini psix hesab edən məşhur dünyasını dəyişib - Foto
08:16 / 08-12-2025
Qızıl dünya bazarında liderliyini qoruyur - Foto
07:53 / 08-12-2025
İlon Mask Avropa İttifaqının ləğvini tələb edir
07:33 / 08-12-2025
"Qarabağ"ın rəqibinin oyununda maraqlı hadisə - təcrübəli futbolçunu ciddiyə almayıblar - Video
00:28 / 08-12-2025
ABŞ, İsrail və Qətər nümayəndələri Nyu-Yorkda görüşüblər
00:02 / 08-12-2025
Daha iki ölkə arasında müharibə təhlükəsi artır
23:14 / 07-12-2025
Son iki gündə Özbəkistanda üç zəlzələ baş verib
20:57 / 07-12-2025
İranın xarici işlər naziri Azərbaycana gəlib
14:00 / 07-12-2025
Leyla Əliyeva və Arzu Əliyeva Dəkkədə - Foto
13:56 / 07-12-2025
Prezident İlham Əliyev Qırğızıstan nümayəndə heyətini qəbul edib
13:04 / 07-12-2025
Sabaha yağış gözlənilir - Proqnoz
11:42 / 07-12-2025
Biləsuvarda avtomobil kanala aşıb, 5 nəfər ölüb - Yenilənib
11:41 / 07-12-2025
Hikmət Hacıyev: Azərbaycan sülhü əbədi etmək istəyir
10:48 / 07-12-2025
Viktor Orban macarları müharibə ilə qorxudur
10:12 / 07-12-2025
Hikmət Hacıyev baş katiblə görüşüb
00:02 / 08-12-2025
Daha iki ölkə arasında müharibə təhlükəsi artır
13:56 / 03-12-2025
Cəlaloğlu: Mən də, Aslan İsmayılov da İsa Qəmbərə demişdik ki, Milli Şura Rusiyanın layihəsidir
12:13 / 05-12-2025
Müdafiə Nazirliyinin vəzifəli şəxsi həbs olunub
20:46 / 04-12-2025
Makron: ABŞ Ukraynaya xəyanət edə bilər
08:23 / 05-12-2025
Donald Trampa sülh mükafatı - futbol həm də siyasətdir
07:33 / 08-12-2025
"Qarabağ"ın rəqibinin oyununda maraqlı hadisə - təcrübəli futbolçunu ciddiyə almayıblar - Video
13:49 / 06-12-2025
Püşkatmanın görünməyən tərəfi: futbol və siyasi oyunlar
11:30 / 05-12-2025
II Qareginin həbsinə hazırlıqlar başlayıb
20:49 / 03-12-2025
Baş konsulumuz Təbrizdə fəaliyyətə başlayıb
20:07 / 05-12-2025
Mifik təfəkkürdən süni intellekt erasına qət edilən böyük yol
18:42 / 06-12-2025
Çin ordusunun sıralarında robotlar da döyüşəcək
Altımış beşinci aşırım - Etibar Cəbrayıloğlu yazır
Tarix: 16-11-2025 20:14 | Bölmə: Xəbərlər

Etibar CƏBRAYILOĞLU
İstedadlı yazıçı-publisist, bacarıqlı iş adamı, “Dastanoğlu” Fondunun rəhbəri Rüstəm Dastanoğlunun 65 yaşı tamam olur. Rüstəm müəllim özünü təbiətən yazıçı, əməldə isə daha çox yaradıcı iş adamı hesab edir.
Daşkənd kəndindən başlanan yol
Rüstəm Dastan oğlu Məmmədov 1960-cı il noyabrın 16-da əzəli və həsrətli yurd yerlərimizdən olan Göyçə mahalının Basarkeçər rayonunun Daşkənd kəndində doğulub. Doğma kəndin təbiəti, toprağın ətri, gördüyü insanlar yaddaşına köçüb, gələcəkdə yazacağı hekayələrinin, povest və esselərinin qəhrəmanına çevriliblər. Nənəsindən eşitdiyi bayatılar, Aşıq Alı, Aşıq Ələsgər, Şah Abbas barədə söhbətlər, nağıl və dastanlar onu sözə, saza bağlayıb. Orta təhsilini davam etdirmək üçün Bakıya gəlib, 5 saylı kimya-biologiya təmayüllü məktəbdə oxuyub. Ukraynanın paytaxtı Kiyev şəhərində Politexnik İnstitutuna daxil olaraq ali məktəbi uğurla bitirib, atom fizikası ixtisası üzrə ali təhsil alan mütəxəssisdir.

Rüstəm Dastanoğlu
Özünün də qeyd etdiyi kimi, təbiətən yazıçı olan Rüstəm Dastanoğlu çox gənc yaşlarından bədii yaradıcılığa başlayıb. 1989-cu ildə “Ulduz” jurnalının 11-ci sayında çap olunan “Tənhalıq həsrəti” hekayəsi böyük maraqla qarşılanıb. Həm oxucular, həm də ədəbi tənqidin diqqətini çəkən “Tənhalıq həsrəti” istedadlı yazıçının digər bədii yazılarına, hekayə və esselərinə, publisistik məqalələrinə, ssenarilərinə işıqlı cığır açıb, yol salıb. Beləcə “Kölgə”, “Şeytan əməli”, “Torpağın ruhu”, “Yol” hekayələri, “Həqiqətə aparan yol”, “Köklənmə və ya kainatla təmasda” və s. analitik-fəlsəfi yazıları, “Vətən istedadlı övladları ilə tanınır”adlı essesi, çoxsaylı publisistik məqalələri müxtəlif qəzet və jurnallarda çap olunub, saytlarda yayımlanıb.
2022-ci ildə “Qanun” nəşriyyatı Rüstəm Dastanoğlunun “Düşüncələrimin kölgəsi” adlı kitabını Araz Yaquboğlunun redaktorluğu ilə oxucuların diqqətinə təqdim edib. Əməkdar incəsənət xadimi, tanınmış yazıçı, kinossenarist Orxan Fikrətoğlu “Düşüncələrimin kölgəsi” kitabına yazdığı “Ön söz”də müəllif Rüstəm Dastanoğlunun yaradıcılığını təhlil və təqdim edərkən onun yurd havasına, torpaq ruhuna köklənmiş şəxsiyyətinə xüsusi dəyər verib.
Maraqlıdır, niyə məhz “Düşüncələrimin kölgəsi”? Müəllif özü bunu kitabda belə izah edib: “... Çox təəssüf ki, yazdıqların heç vaxt tam düşündüklərin olmur, olsa-olsa, qırıq-qırıq kölgələri ola bilir. Bu kitaba da mənim düşüncələrimdən kiçik kölgələr hopub”.
Kitabda istedadlı qələm adamının hekayələri, esse və məqalələri, publisistik yazıları və səfər qeydləri toplanıb.
Vətəndaş mövqeyi, ziyalı missiyası
Bu gün 65 yaşını qeyd edən Rüstəm Dastanoğlu hələ gənclik illərindən öz vətəndaş mövqeyi ilə seçilib. Azərbaycan xalqının tarixi, gələcəyi, türkçülük ideyasının təbliği, indiki Ermənistan ərazisində qalan qədim yurd yerlərimiz, doğulub boya-başa çatdığı Göyçə mahalı, doğma Daşkənd kəndi və onun insanları barədə fikirlərini, düşüncələrini oxucularına çatdırıb. Bu mövzular Rüstəm müəllimin bütün bədii əsərlərində, publisistik yazılarında, məqalə və müsahibələrində qırmızı xətt kimi keçir.
Rüstəm Dastanoğlu bacarılqlı iş adamı olmaqla yanaşı həm də daim dövlətinin inkişafını, xalqının gələcəyini düşünən, milli-mənəvi dəyərlərə diqqətlə yanaşan xeyriyyəçidir. Onun maddi dəstəyi və ideya müəllifliyi ilə Aşıq Ələsgərin şeirləri gürcü dilinə tərcümə edilərək “Sözün işığı” adlı kitabda toplanıb. Həmin nəşr Dədə Ələsgərin 200 illiyinə həsr olunan tədbirlər çərçivəsində nəşr edilib. El aşığı, Aşıq Hacı Göyçəli haqqında sənədli filmin hazırlanmasına maddi dəstək göstərib. Qarabağ savaşında hərbi həkim kimi çalışmış, müharibənin sərt üzünü yaşamış İmran Qurbanovdan bəhs edən “Dönüş” tammetrajlı sənədli filminin ideya müəllifi də məhz Rüstəm Dastanoğludur. 2018-ci ildə çəkilən həmin filmin ssenarisi Əməkdar incəsənət xadimi yazıçı-kinodramaturq Orxan Fikrətoğluna məxsusdur. Sənədli filmin quruluşçu rejissoru Rüfət Əsədovdur.
Rəhbərlik etdiyi “Dastanoğlu” Fondu milli ədəbiyyatımızın təbliğinə və inkişafına, istedadlı gənclərin dəstəklənməsinə mühüm önəm verir. Fond Xalq yazıçısı Yusif Səmədoğlu adına ənənəvi nəsr müsabiqəsi təşkil edir və qalib seçilən gənc yazıçıları mükafatlandırır.
Dost təbriki, dost arzusu

Çingiz Abdullayev
Alman-Azərbaycan Cəmiyyətinin sədri, professor Çingiz Abdullayev: “Rüstəm Dastanoğlu dövlətinə, millətinə çox bağlı ziyalı, dostlarına sədaqətli, mərd bir insandır. Doğulub boya-başa çatdığı Göyçə ilə nəfəs alır. Vaxt tapan kimi Rüstəmlə Xızı dağarına gedir, təbiətlə ünsiyyətdə oluruq. Belə anlarda Rüstəm sanki Göyçənin havasını udur, özünü ruhən orda hiss edir.
Əziz dostmun 65 yaşını ürəkdən təbrik edirəm. Ailəsi, doğmaları, işi, yaradıcılığı ilə bağlı bütün istəklərini, planlarını həyata keçirə bilsin. Arzum budur ki, Rüstəm Dastanoğlu 70 illik yubileyni Göyçədə, Daşkənd kəndində qeyd eləsin, biz də dostlarla yığışıb gedək ora”.
Kino rejissor Rüfət Əsədov: “Rüstəm Dastanoğlu ilə tanışlığmızın tarixi necə deyərlər, qədimdir. Ötən əsrin 90-cı illərinin lap əvvəlindən başlanıb bu dostluq. Uzun müddət Rusiyada yaşayıb Sankt-Peterburqdan Bakıya dönmüşdüm. Vətənə qayıdandan sonra tanış olduğum ilk insanlardan biridir Rüstəm müəllim. Xalq artisti, kino rejissor Oqtay Mir-Qasımovun o dövlərdə yaratdığı “Yeni film” studiyasında Rüstəm müəllimlə bir yerdə çalışmışıq da. 2018-ci ildə Rüstəm Dastanoğlunun ideya müəllifliyi ilə “Dönüş” tammetrajlı sənədli film çəkdim. Orxan Fikrətoğlunun ssenarisi əsasında ərsəyə gələn bu filmin çəkilişi dövründə Rüstəm müəllimi daha yaxından müşahidə etmək şansım oldu. Bir daha əmin oldum ki, Rüstəm Dastanoğlu çox yaradıcı insandır. Ciddi məşğul olduğu bütün işlərə də yaradıcı yanaşır və uğur qazanır. Belə vətənpərvər, bacarlıqlı ziyalılara, sözü və əməli bütöv insanlara cəmiyyətin hər zaman ehtiyacı var. Əziz dostumun 65 illik yubileyini ürəkdən təbrik edirəm. Özünə və əzizlərinə cansağlığı, uzun ömür arzulayıram”.
Rüfət Əsədov
Ömrünün altımış beşinci aşırımını ləyaqətlə geridə qoyan Rüstəm Dastanoğlu qarşıdakı zirvərləri fəth etməyə doğru irəliləyir. Əminik ki, gün gələcək Rüstəm Dastanoğlunun Göyçə həsrətinə son qoyulacaq, istedadlı yazıçı doğma Daşkənd kəndini qarış-qarış gəzək, Çınqılın dibindəki tütün şitillərini suvaracaq, Ağdaşın altı deyilən təpənin ətəyi ilə evlərinə qayıdacaq.
O günlər uzaqda deyil!
Bölməyə aid digər xəbərlər

Bu gün, 10:57
Ağdamda insan sümükləri tapılıb
Bu gün, 10:14
Baş nazir Viktor Orban Türkiyəyə gəlir
Bu gün, 10:02
Maqnit qasırğası gözlənilir
Bu gün, 08:27
Putini psix hesab edən məşhur dünyasını dəyişib - Foto
Dünən, 23:14
Son iki gündə Özbəkistanda üç zəlzələ baş verib
Dünən, 14:00
Leyla Əliyeva və Arzu Əliyeva Dəkkədə - Foto
6-12-2025, 23:39
Şəmkirdəki qəza ölümlə nəticələnib
6-12-2025, 11:56
Mağarada "paralel dünyaya portal" var
6-12-2025, 11:44
Ələvilər Əsədi yenidən hakimiyyətə gətirmək istəyirlər
5-12-2025, 23:45
DÇ-2026: püşk atılıb
5-12-2025, 17:29
Bakıda kafedə partlayış: 3 nəfər xəsarət alıb - Video
5-12-2025, 16:50
"Etibarlı Tərəfdaş Konsepsiyası" təsdiqlənib - Sərəncam
5-12-2025, 16:11
Əli Kərimlinin şikayəti təmin olunmayıb
5-12-2025, 15:10
"Qaçqınkom": "Müvafiq hüquqi addımlar atılacaq”
5-12-2025, 15:01
Saytlarda niyə problem yaranıb? - Açıqlama
5-12-2025, 14:56
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb
5-12-2025, 14:16
Hikmət Hacıyev NATO nümayəndəsi ilə görüşüb
5-12-2025, 13:29
Azərbaycan-Gürcüstan Media Forumu keçirilib - Yenilənib
5-12-2025, 12:23
Naxçıvan Ali Məhkəməsinə hakim təyin olunacaq
5-12-2025, 10:44
Abşeronda qadın boksçu və tələbəsi saxlanılıb
5-12-2025, 09:10
Milyarder rəqibi cəlb etmək üçün ona şorba bişirib
4-12-2025, 18:05
Putin Hindistanda iki günlük səfərdədir
4-12-2025, 17:21
Bərdədə 15 yaşlı qızla evlənən gənc saxlanılıb
4-12-2025, 16:58
Laçın və Kəlbəcərdə yanğın: iki helikopter cəlb edilib
4-12-2025, 16:43
İranın xarici işlər naziri Azərbaycana gəlir
4-12-2025, 16:26
Bakıda leysan yağacaq - Xəbərdarlıq
4-12-2025, 16:16
Rus ordusu Ukraynada yeni üstünlük qazanıb
4-12-2025, 14:49
Bakıda ermənilərin məhkəməsi davam edir
4-12-2025, 11:57
Hikmət Hacıyev Qriqoryanla Dohada görüşəcək
4-12-2025, 11:30
Biznesin İnkişafı Fonduna sədr təyin olunub
4-12-2025, 11:13
Nazirlikdə yeni təyinatlar olub
4-12-2025, 10:04
Ağdaşda 24 yaşlı gənc bıçaqlanıb
4-12-2025, 09:47
“F-16” qırıcısı hərbi baza yaxınlığında qəzaya uğrayıb
4-12-2025, 07:56
Rusiyada "Dolina effekti" əksinə işləyir
4-12-2025, 07:46
Medvedevə mükafat verilməsi birmənalı qarşılanmır
3-12-2025, 18:04
XİN-də yeni təyinat olub
3-12-2025, 13:35
20 sentyabr bayram günü olacaq
3-12-2025, 12:56
İşçilərin işdən azad olunması qaydaları dəyişir
3-12-2025, 12:17
Uitkoff və Kuşner Zelenski ilə görüşü ləğv ediblər
3-12-2025, 11:32
Amerikalı general Azərbaycana gəlib
3-12-2025, 09:20
29 min manatı ələ keçirməkdə şübhəli şəxs saxlanılıb
3-12-2025, 09:11
"ChatGPT"-də qlobal problem yaranıb
3-12-2025, 08:19
Süni intellekt təbii mətnləri üstələyir
2-12-2025, 18:05
Borrelin adı dələduzluqda hallanır
2-12-2025, 17:30
Təhsil müəssisələrinin akkreditasiya qaydası dəyişib
2-12-2025, 16:58
"ChatGPT" daha təkmil olacaq
2-12-2025, 16:47
İlon Mask motosiklet istehsalından çəkinir - Foto
2-12-2025, 12:15
Adil Qeybulla: “Quş qripi"nin yeni forması peyda olub
2-12-2025, 12:05
Odessa bölgəsi zülmətə qərq olub

Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər
ADP sədri ehtimal edir ki, “Tərtər işi” yaxşı araşdırılsa, onun da altından Mehdiyev və əlaltıları çıxacaq
Xalq artisti deyir ki, rəqqasların səhnə ömrü çox qısa olur. Bu az müddətdə uğur qazanmaq, əsl sənətkar kimi yetişmək üçün daha çox zəhmət çəkmək lazımıdır
Rus Dram Teatrının aktyoru deyir ki. bölgə teatrlarında diplomlu aktyor və rejissor tapmaq müşkül məsələdir
Qüdrət Həsənquliyevin fikrincə, Tramp görsə ki, Ukrayna qalib gəlir, Rusiyaya təkcə siyasi yox, hərbi dəstək də verəcək