18:03 / 01-12-2025
AXCP ləğv oluna bilər
Kamran Əsədova vəzifə verilib
Tarix: 01-12-2025 12:26 | Bölmə: Xəbərlər


Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Nərimanov Rayon Komitəsində sədr seçkisi keçirilib.

Məlumatına görə, tanınmış təhsil eksperti Kamran Əsədov Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Nərimanov Rayon Komitəsinin yeni sədri seçilib.

Məlumatı saytımıza açıqlamasında Kamran Əsədovun özü də təsdiqləyib. O bildirib ki, yeni vəzifəyə noyabrın 27-də seçilib, noyabrın 28-dən isə fəaliyyətə başlayıb,

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Nərimanov Rayon Komitəsinə 17 məktəb, 3 lisey, 1 gimnaziya, 1 kompleks, 1 mərkəz, 1 təhsil muzeyi, 1 peşə təhsil agentliyi, 1 internat, 1 peşə, 1 xüsusi əyani-qiyabi məktəbi və 27 uşaq bağçası və körpələr evi ilk həmkarlar ittifaqı komitələri olmaqla ümumilikdə 55 üzv təşkilat daxildir.

Qeyd edək ki, Kamran Əsədov həm də Azərbaycan Dövlət Pedaqoji Universitetinin Təhsildə Təhlil və Kommunikasiyalar Mərkəzinin direktoru vəzifəsində çalışır(modern).





Bölməyə aid digər xəbərlər
{sape_links}