Zülfüqarov: İrandakı etirazların arxasında ölkənin siyasi elitasının bir hissəsi dayanır
Professor: ABŞ İranla bağlı planını həyata keçirəcək
Nazirin qardaşı nazir müavini təyin olunub
Prezident QSC-yə sədr təyin edib - Fotolar
SOCAR-a yeni müşavir təyin edilib
Şəhid Bəhmən Səfərəliyevin xatirəsi anılıb - Video
Prezident Ağdərədə görülən işlərlə tanış olub - (Yenilənib) - Foto
Qrenlandiya ABŞ üçün niyə bu qədər əhəmiyyətlidir? - Araşdırma
İrana hansı ssenari tətbiq olunacaq?
"Mercedes-Benz S-Class" yenilənir - Fotolar
Kadırovun səhhəti pisləşib: Kreml Çeçenistan üçün yeni lider axtarışındadır
Beynəlxalq hüququn sonu - Kəramət Qənbərov yazır
Tarix: 04-12-2025 17:21 | Bölmə: Xəbərlər

Bərdədə 15 yaşlı qızla evlənən şəxs həbs edilib.
Məlumata görə, rayondakı 588 saylı qəsəbədə yaşayan Ağdam rayonundan məcburi köçkün olan 23 yaşlı Nihad Məmmədli (şərti) barəsindəki cinayət işinə Bərdə Rayon Məhkəməsində baxılıb.
Bildirilib ki, Nihad 2024-cü ildə 2009-cu il təvəllüdlü Züleyxa (şərti) ilə ailə qurub. Həmin tarixdə onların Bərdədəki “Qızıl Tac” şadlıq evində toyu keçirilib və yetkinlik yaşına çatmayan qız oğlanın evinə köçərək birgə ər-arvad kimi yaşamağa başlayıblar.
Polis tərəfindən faktın üstü açılandan sonra Nihada Cinayət Məcəlləsinin 152-ci (16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma) maddəsi ilə iş açılıb.
Nihad ifadəsində bildirib ki, onlar sevərək ailə qurublar və gələcəkdə də birgə yaşayacaqlar. Yeniyetmə qız da Nihadı sevdiyini və ailəsinin dağılmasını istəmədiyini bildirib.
Barəsində cinayət işi açılan oğlan həmçinin qeyd edib ki, Züleyxanın valideyni onu əvvəllər qeyri-qanuni əməyə cəlb edib və hazırda da ondan ayıraraq kafedə yanında işlətmək istəyir.
Bərdə Rayon Məhkəməsinin bir neçə gün əvvəl çıxardığı hökmlə 23 yaşlı Nihada 1 il həbs cəzası verilib. O, məhkəmə zalındaca qandallanıb(qafqazinfo).
Bölməyə aid digər xəbərlər















ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər
ADP sədri ehtimal edir ki, “Tərtər işi” yaxşı araşdırılsa, onun da altından Mehdiyev və əlaltıları çıxacaq
Xalq artisti deyir ki, rəqqasların səhnə ömrü çox qısa olur. Bu az müddətdə uğur qazanmaq, əsl sənətkar kimi yetişmək üçün daha çox zəhmət çəkmək lazımıdır