Putin Hindistanda iki günlük səfərdədir
Tarix: 04-12-2025 18:05 | Bölmə: Xəbərlər

Putin Hindistanda iki günlük səfərdədir

Rusiya prezidenti Vladimir Putin iki günlük səfər üçün Hindistana gəlib.

Reyting.az xəbər verir ki, Rusiya liderini daşıyan "Rossiya" xüsusi uçuş dəstəsinin təyyarəsi Hindistan Hərbi Hava Qüvvələrinin Palam Hava Bazasına enib.

Rusiya prezidenti səfər müddətində Hindistan liderləri ilə görüşəcək, Mahatma Qandinin abidəsinə əklil qoyacaq və Rusiya-Hindistan Biznes Forumunda iştirak edəcək.

E. KAMAL





Bölməyə aid digər xəbərlər