Professor: ABŞ İranla bağlı planını həyata keçirəcək
SOCAR-a yeni müşavir təyin edilib
İcra başçısı azadlıq mücahidini imperiyanın caynağından xilas etməyə çalışıb
Nazirin qardaşı nazir müavini təyin olunub
Prezident QSC-yə sədr təyin edib - Fotolar
Prezident Ağdərədə görülən işlərlə tanış olub - (Yenilənib) - Foto
Qrenlandiya ABŞ üçün niyə bu qədər əhəmiyyətlidir? - Araşdırma
Beynəlxalq hüququn sonu - Kəramət Qənbərov yazır
İrana hansı ssenari tətbiq olunacaq?
ABŞ Mars yarışında Çinə uduza bilər
"Mercedes-Benz S-Class" yenilənir - Fotolar
Kadırovun səhhəti pisləşib: Kreml Çeçenistan üçün yeni lider axtarışındadır
Tarix: 05-12-2025 13:29 | Bölmə: Xəbərlər

Bakıda Azərbaycan-Gürcüstan Media Forumu keçirilir.
Reyting.az xəbər verir ki, "İctimai etimadın formalaşdırılmasında medianın rolu və informasiya təhlükəsizliyi" mövzusuna həsr edilmiş forumda Azərbaycan və Gürcüstanın media nümayəndələri iştirak edirlər.
Forum çərçivəsində "İnformasiya təhlükəsizliyinin təmini məqsədilə media ekosisteminin gücləndirilməsi" və "Jurnalistlərin peşəkarlığının və cəmiyyətin media savadlılığının artırılmasında birgə əməkdaşlıq" mövzularına həsr edilmiş panel sessiyalar nəzərdə tutulur.
***
Bakıda "İctimai etimadın formalaşdırılmasında medianın rolu və informasiya təhlükəsizliyi" mövzusunda Azərbaycan – Gürcüstan Media Forumu keçirilib.
Reyting.az xəbər verir ki, tədbirin açılış mərasimində Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov çıxış edərək iki ölkə arasında informasiya mübadiləsinin sistemli şəkildə genişləndirilməsi, media subyektləri arasında qarşılıqlı etimadın möhkəmləndirilməsi və ortaq kommunikasiya gündəminin formalaşdırılmasının regionda sabitlik və davamlı inkişaf baxımından xüsusi əhəmiyyət daşıdığını bildirib.
O vurğulayıb ki, rəqəmsallaşma və sosial media platformalarının sürətli inkişafı informasiya axınını xeyli intensivləşdirərək peşəkar medianın rolunu daha da artırır, informasiya təhlükəsizliyi siyasətinin daha effektiv şəkildə həyata keçirilməsini zəruri edir.
Forum çərçivəsində birinci panel sessiya "İnformasiya təhlükəsizliyinin təmini məqsədilə media ekosisteminin gücləndirilməsi" mövzusuna həsr olunub. Audiovizual Şuranın aparat rəhbəri Fazil Novruzovun moderatorluq etdiyi paneldə "ARB 24" telekanalının icraçı direktoru Radik İsmayılov, Gürcüstanın "Eurocracy - Former Europe" proqramının aparıcısı İoane Şaişmelaşvili, Medianın İnkişafı Agentliyinin Hüquq şöbəsinin müdiri Adil Tağıyev, Gürcüstanın İctimai Televiziyasının "Rəngarəng Gürcüstan" layihəsinin rəhbəri, jurnalist, televiziya aparıcısı Ramiliya Əliyeva isə spiker qismində çıxış ediblər. Panel zamanı texnoloji təkamülün media mühitinə çoxşaxəli təsiri, etibarlı informasiya mühitinin qorunması, sosial medianın əsas məlumat mənbələrindən birinə çevrilməsi, eləcə də rəqəmsal alətlər vasitəsilə müxtəlif auditoriyalarla daha effektiv kommunikasiyanın qurulması kimi məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
"Jurnalistlərin peşəkarlığının və cəmiyyətin media savadlılığının artırılmasında birgə əməkdaşlıq" mövzusunda ikinci panel sessiyaya Medianın İnkişafı Agentliyinin Naxçıvan regional idarəsinin müdiri Vəfa İsgəndərova moderatorluq edib. Agentliyin Media dəstək layihələri, strateji planlaşdırma və informasiya texnologiyaları departamentinin direktoru Ləman İsgəndərova, Qriqol Robakidze Universitetinin Humanitar və Sosial Elmlər Məktəbinin professoru, Multimedia Mərkəzinin rəhbəri Maia Paçkoriya, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu, eləcə də Gürcüstanın PosTV telekanalının analitik qrupunun nümayəndəsi Gia Abaşidze spiker qismində çıxış edərək jurnalistlərin peşəkarlığının artırılması, cəmiyyətin media savadlılığının yüksəldilməsi və bu sahədə ikitərəfli əməkdaşlığın rolu ilə bağlı fikirlərini bölüşüblər. Paneldə iştirakçılar tərəfindən vurğulanıb ki, müasir informasiya mühitində medianın artan məsuliyyətini nəzər alaraq cəmiyyətin etibarlı informasiya əldə etməsi üçün jurnalistlərin hazırlıq səviyyəsinin yüksəldilməsi, maarifləndirici təşəbbüslərin genişləndirilməsi və media savadlılığına dair davamlı layihələrin həyata keçirilməsi xüsusi əhəmiyyət kəsb edir.
Bölməyə aid digər xəbərlər
















ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər
ADP sədri ehtimal edir ki, “Tərtər işi” yaxşı araşdırılsa, onun da altından Mehdiyev və əlaltıları çıxacaq
Xalq artisti deyir ki, rəqqasların səhnə ömrü çox qısa olur. Bu az müddətdə uğur qazanmaq, əsl sənətkar kimi yetişmək üçün daha çox zəhmət çəkmək lazımıdır