Hikmət Hacıyev NATO nümayəndəsi ilə görüşüb
Tarix: 05-12-2025 14:16 | Bölmə: Xəbərlər

Hikmət Hacıyev NATO nümayəndəsi ilə görüşüb

Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev NATO-nun Cənubi Qafqazdakı nümayəndəliyinin rəhbəri Aleksandr Vinnikovla görüşüb.

Reyting.az xəbər verir ki, bu barədə məlumatı İsveçin Bakıdakı səfirliyi yayıb.

Açıqlamada deyilir:

"Bu həftə NATO-nun Tbilisidəki Əlaqələndirmə Ofisinin rəhbəri Aleksandr Vinnikov NATO və Azərbaycan arasında münasibətlərin daha da inkişaf etdirilməsi, eləcə də qarşılıqlı maraq doğuran regional təhlükəsizlik məsələləri ilə bağlı müzakirələri davam etdirmək üçün Bakıda səfərdə olub. Vinnikovu NATO-nun hərbi əlaqələr zabiti polkovnik Berat Telli müşayiət edib".





Bölməyə aid digər xəbərlər