Zülfüqarov: İrandakı etirazların arxasında ölkənin siyasi elitasının bir hissəsi dayanır
Professor: ABŞ İranla bağlı planını həyata keçirəcək
Nazirin qardaşı nazir müavini təyin olunub
Prezident QSC-yə sədr təyin edib - Fotolar
SOCAR-a yeni müşavir təyin edilib
Şəhid Bəhmən Səfərəliyevin xatirəsi anılıb - Video
Prezident Ağdərədə görülən işlərlə tanış olub - (Yenilənib) - Foto
Qrenlandiya ABŞ üçün niyə bu qədər əhəmiyyətlidir? - Araşdırma
İrana hansı ssenari tətbiq olunacaq?
"Mercedes-Benz S-Class" yenilənir - Fotolar
Kadırovun səhhəti pisləşib: Kreml Çeçenistan üçün yeni lider axtarışındadır
Beynəlxalq hüququn sonu - Kəramət Qənbərov yazır
Tarix: 08-12-2025 08:27 | Bölmə: Xəbərlər

Fotoqrafiya sənətində dünyanın ən məşhur ustadlarından biri hesab olunan britaniyalı fotoqraf Martin Parr 73 yaşında vəfat edib. Bu barədə ilk dəfə fotoqrafın təsis etdiyi "Martin Parr Foundation" fondunun rəsmi saytında məlumat verilib.
Reyting.az ingilis nəşrlərinə istinadla bildirir ki, Martin Parr dekabrın 6-da axşamçağı Bristoldakı evində dünyasını dəyişib.
Qeyd olunur ki, Perrin ailə üzvləri - həyat yoldaşı Syuzi, qızı Ellen, bacısı Vivyen və nəvəsi Corc "Martin Parr Foundation", həmçinin "Magnum Photos" irsinin qorunması üzərində birgə işləməyə davam edəcəklər.

1952-ci ildə Böyük Britaniya Krallığının bir hissəsi olan Surrey qraflığında doğulmuş Martin Parr dünyanın ən tanınmış sənədli fotoqraflarından biri sayılırdı. O, 100-dən çox fotokitabın müəllifidir, 1994-cü ildən "Magnum Photos" fotoqraflar təşkilatının üzvü, 2013–2017-ci illərdə isə adıçəkilən agentliyin prezidenti olub. Onun əsərləri Tate və Pompidu kimi aparıcı muzeylərdə sərgilənir.
Martin Parr ilk dəfə SSRİ-də "McDonald’s" kafesinin açılışını lentə alan fotoqrafdır. Məşhur fotoqraf dəfələrlə dəvət alsa belə, sonralar Rusiyaya gəlməyib. 2025-ci ildə Martin Parr bir müsahibəsində heç zaman Rusiyaya qayıtmayacağını söyləmiş, eləcə də Rusiya prezidenti Vladimir Putini "psix" adlandırmışdı.
Oqtay QORÇU
Bölməyə aid digər xəbərlər















ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər
ADP sədri ehtimal edir ki, “Tərtər işi” yaxşı araşdırılsa, onun da altından Mehdiyev və əlaltıları çıxacaq
Xalq artisti deyir ki, rəqqasların səhnə ömrü çox qısa olur. Bu az müddətdə uğur qazanmaq, əsl sənətkar kimi yetişmək üçün daha çox zəhmət çəkmək lazımıdır