Rusiya üzərində 235 Ukrayna PUA-sı vurulub
Tarix: 14-12-2025 10:49 | Bölmə: Xəbərlər

Rusiya üzərində 235 Ukrayna PUA-sı vurulub

Rusiya hava hücumundan müdafiə sistemləri ölkə üzərində 235 Ukrayna pilotsuz uçuş aparatını (PUA) sıradan çıxarıb.

Reyting.az xəbər verir ki, bu barədə məlumatı Rusiya Müdafiə Nazirliyi yayıb.

Bildirilir ki, ümumilikdə, gecə ərzində hava hücumundan müdafiə sistemləri 235 Ukrayna sabit qanadlı pilotsuz uçuş aparatını (PUA) tutub və ya məhv edib.

Məlumata görə, Ukraynanın 141 sabit qanadlı pilotsuz uçuş aparatı 13 dekabr Moskva vaxtı ilə saat 23:00-dan 14 dekabr Moskva vaxtı ilə saat 07:00-dək hədəfə tuş gəlib.

Müdafiə Nazirliyinin məlumatına görə, onlardan 35-i Bryansk, 32-si Krım, 22-si Krasnodar, 15-i Tula, 13-ü Kaluqa, 7-si Kursk, 4-ü Ryazan, 4-ü Rostov, 3-ü Belqorod, 2-si Leninqrad, hər birindən 1 pilotsuz uçuş aparatı isə Smolensk, Pskov, Novqorod və Moskva vilayəti üzərində vurulub.





Bölməyə aid digər xəbərlər