Bu gün iki ərazidə sursatlar partladılacaq
Tarix: 15-12-2025 09:44 | Bölmə: Xəbərlər

Bu gün iki ərazidə sursatlar partladılacaq

15-19 dekabr tarixlərində istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda, həmçinin Ağdərə rayonu ərazisindəki təlim mərkəzində məhv edilməsi prosesi həyata keçiriləcək.

Reyting.az xəbər verir ki, bu barədə məlumatı Müdafiə Nazirliyi yayıb.

Nazirlik bununla əlaqədar əhaliyə çağırış da edib:

Partlayış səslərindən təşvişə düşməyin, narahatlığa heç bir əsas yoxdur!





Bölməyə aid digər xəbərlər