General vəzifədən azad olunub
Tarix: 15-12-2025 22:19 | Bölmə: Xəbərlər

General vəzifədən azad olunub

Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Həsən Eyyubov vəzifəsindən azad edilib. 

Reyting.az "Unikal"a istinadla xəbər verir ki, bununla bağlı Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov əmr imzalayıb.

Əmrə əsasən, H.Eyyubov təqaüdə göndərilib.

Qeyd edək ki, Həsən Eyyubov Prezidentin Mühafizə Xidmətinin keçmiş rəisi, general-polkovnik Bəylər Əyyubovun qardaşı oğludur.





Bölməyə aid digər xəbərlər