Tramp BBC-ni məhkəməyə verib
Tarix: 16-12-2025 08:10 | Bölmə: Xəbərlər

Tramp BBC-ni məhkəməyə verib

ABŞ prezidenti Donald Tramp Britaniya Yayım Korporasiyasını (BBC) onun “Panorama” proqramındakı açıqlamalarını qəsdən təhrif etməkdə ittiham edərək, telekanalı məhkəməyə verib.

Reyting.az Qərbin elektron media qurumlarına istinadla bildirir ki, ABŞ lideri məşhur telekanaldan təhrifə görə 5 milyard dollar tələb edir.

Trampın adından Florida ştatının Cənub Bölgəsi üzrə Dairə Məhkəməsində qaldırılan iddiada deyilir: “Bu hərəkət BBC-nin “Panorama” sənədli filmində Prezident Trampın adından yayımladığı yalan, böhtan, aldadıcı, qızışdırıcı və zərərli ifadələrindən irəli gəlir”.

V. QULİYEV





Bölməyə aid digər xəbərlər