Kamala Harris prezident seçkilərinə hazırlaşır
Tarix: 16-12-2025 08:33 | Bölmə: Xəbərlər

Kamala Harris prezident seçkilərinə hazırlaşır

ABŞ-nın keçmiş vitse-prezidenti Kamala Harris 2028-ci il prezident seçkilərinə qeyri-rəsmi hazırlıqlara başlayıb.

Reyting.az “Axios” nəşrinə istinadla xəbər verir ki, Kamala Harrisin hərəkətləri Demokrat Partiyası daxilində 2028-ci il prezident seçki kampaniyasının qeyri-rəsmi başlanğıcı kimi qəbul edilir.

Məlumata görə, Harris 2026-cı ilin əvvəlində Cənubi Karolinaya (mühüm erkən ilkin seçki ştatı), eləcə də Detroyt, Memfis və qaradərili əhalinin çox olduğu digər şəhərlərə səfər edəcək.

Bundan əlavə, Kamala Harris və əri Daq Emhoff Los-Ancelesdə keçirilən görüşdə Demokrat Milli Komitəsinin üzvləri ilə danışıblar. Harris çıxışında hər iki partiyanı seçicilərin etimadını doğrultmadığına görə tənqid edib və prezident Donald Trampı daha dərin bir problemin "simptomu" adlandırıb.

Nəşrin qeyd etdiyi kimi, K. Harris 2028-ci il Demokrat Partiyasının ilkin seçkilərinin əksər erkən sorğularında lider olaraq qalır və partiya üçün əsas demoqrafik qrup olan qaradərili seçicilər arasında güclü dəstəyə malikdir.

Xatırladaq ki, oktyabr ayında K. Harris siyasi işini hələ bitirmədiyini, yenidən prezidentliyə namizədliyini irəli sürə və seçkilərdə qalib gələ biləcəyini etiraf etmişdi.

E. KAMAL





Bölməyə aid digər xəbərlər